“Müqavimət Cəbhəsi Birliyi”nin alimləri bəyanat verib: Fələstin yalnız bu yolla azad ola bilər

“Müqavimət Cəbhəsi Birliyi”nin alimləri bəyanat verib: Fələstin yalnız bu yolla azad ola bilər

-- Sionist dövlətini tanımaq və rəsmən onu qəbul etmək müsəlmanlara xəyanətdir.

Livan paytaxtı Beyrutda “Müqavimət Cəbhəsi Alimlərinin Birliyi” toplantısına xitam verib və Fələstinin azadlığı ilə bağlı yekun bəyanatını verib.
 
“Müqavimət Cəbhəsi Alimlərinin Birliyi” iki günlük konfransın ardından yekun bəyanat verib.
 
Məşum Balfor bəyannaməsinin 100-cü illiyində keçirilən konfransın bəyanatında deyilir ki, yalnız müqavimət göstərməklə Fələstin ərazilərini almaq olacaq. Əlavə edilib ki, Sionist dövlətini tanımaq və rəsmən onu qəbul etmək müsəlmanlara xəyanətdir.
 
Vurğulanıb ki Fələstin məsələsi müsəlman dünyasının əsas məsələsi kimi qalacaq və bəzi ərəb dövlətlərinin xüsusilə də Səudiyyənin İsraillə əlaqələri normallaşdırılması cəhdləri kəskin pislənilir.
 
Bu bəyanatda, İraqda İsrail bayrağının qaldırılmasının cinayət xarakterli əməl kimi qəbul edilməsi də alqışlanıb.
 
“Müqavimət Cəbhəsi Alimlərinin Birliyi” Səudiyyənin Yəmənə hücumunu da pisləyib.(islaminsesi.info)
 

Google+ WhatsApp ok.ru