Ər və arvad davası təyyarəni təcili eniş etməyə məcbur etdi

Ər və arvad davası təyyarəni təcili eniş etməyə məcbur etdi

-- Ərinin ona xəyanət etdiyini öyrənən qadın...

 
Qətərin Doha şəhərindən  Baliyə uçan təyyarə təcili eniş edib. 
 
Miade.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, təyyarənin təcili eniş etməsinə təyyarədə olan ər və arvadın davası  səbəb olub.  
 
Belə ki,  əri yuxuda olanda onun barmaq izi ilə telefonunun kilidini açan və telefonuna baxan həyat yoldaşı  ərinin ona xəyanət etdiyini öyrənir və  buna görə əri ilə dava edir.  
 
Qəzəblənən qadın  ərini döyməyə başlayır. Təyyarə ekipajları ər və arvadı sakitləşdirə bilmədiyi üçün təyyarə məcburi eniş edib. 
 

Google+ WhatsApp ok.ru