“Mustafa (s) ” elmi mükafatın qalibləri müəyyənləşib 28 Noyabr 2017 02:00 Dünya -- Müsəlman dünyasında elmin inkişafına dəstək verdikləri üçün qaliblərin hər biri 500 min dollar alacaq Müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə təsis olunmuş “Mustafa (s)” elmi mükafatın qalibləri müəyyənləşib. Maide.Az “İrna”-a istinadən xəbər verir ki, “Mustafa (s) ” mükafatının bu dəfəki sahibləri Türkiyəli professor Erol Gülnəbi və İranlı professor Məhəmməd Əmin Şükrüllahi müşətərək olaraq sahib çıxıb. “Mustafa” mükafatının siyasətlərinin müəyyənləşdiirlməsi üzrə katibi Mehdi Səfariniya keçirdiyi mətbuat konfransında deyib ki, bu mükafat İslam dünyasının ən tanınmış mükafatlarındandır. “Azərbaycan, İndoneziya, Kuveyt, Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistan və digər İslami ölkələrdən 363 müəssisə və təşkilata, eləcədə İslami ölkələrdən 1622 elm adamına bu mükafatı almaq üçün çağırış ünvanlanmışdır.” Onun sözlərinə görə Türkiyəli professor Erol Gülnəbi komputür sistemləri üzrə, İranlı professor Məhəmməd Əmin Şükrüllahi isə kompüter kodları sahəsində müştərək olaraq bu mükafata sahib çıxıb və hər birinə 500 min dollar təqdim olunacaq. M.Səfariniya deyib ki, mükafatın təqdimat mərasimi dekabr ayının 3-də 30 ölkədən 90 alimin iştirakı ilə Tehranda Vəhdət sarayında keçiriləcək. Mükafatı qazanmış şəxslərə pul mükafatı ilə yanaşı Mustafa (s) meadlı da təqdim olunacaq. Onun sözlərinə görə, hazırda İslam dünyasının elm və texnolgiya fondunun yaradılması üçün işlər görülür. Qeyd edək ki, Mustafa (s) mükafatı müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə 2 ildən bir təqdim olunur. Mükafata İslam peyğəmbərinin adlarından biri olan “Mustafa (s) ” ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə xüsusi təşkil edilən şura nəzarət edir. İlk “Mustafa (s)” mükafatı 2015-ci ildə İslam peyğəmbərinin doğum günü ərəfəsində “Vəhdət” həftəsində 4 nominasiya üzrə təqdim edilib, 2 nəfər Ömər Yaghi (nano texnologiya) Jackie Ying (biotexnologiya) üzrə qalib olub. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal verilir. Mükafat 500 min ABŞ dolları məbləğində nəzərdə tutulur. Teqlər : #Mustafa (s) elmi mükafatın qalibləri müəyyənləşib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreynlilər “Canlar sənə qurban” şüarı ilə etiraz aksiyası keçirdi - FOTO Tramp hakimiyyətdə olduğu 10 ay ərzində 49 milyard dollarlıq silah satıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO