Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə başlayıb

Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə başlayıb

-- Ə. Muxtarlı ittihamı qəbul etmir.

Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 
APA-nın məlumatına görə hazırda hazırlıq iclası davam edir.
 
Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı bu il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
 
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
 
Ə. Muxtarlı ittihamı qəbul etmir.
 

Google+ WhatsApp ok.ru