İƏT İsrail rejiminin işğalçılığına son qoyulmasını istədi

İƏT İsrail rejiminin işğalçılığına son qoyulmasını istədi

-- Müstəqil Fələstin dövlətinin təşkil olunmasına şərait yaradılsın

 
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusfi Əsim bəyanat yayıb və  beynəlxalq ictimaiyyətdən sionist rejimin işğalçılığına son qoyulması və Qüdsün paytaxt olması ilə müstəqil Fələstin dövlətinin təşkil olunmasına şərait yaratmasını istəyib.
 
Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı  baş katibi Yusif Əsimin çərşənbə günü yayımladığı bəyanatda bildirir: "Beynəlxalq ictimaiyyət Fələstin xalqının haqqında ədalətin gerçəkləşməsi, bu xalqın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsinə şəraitin yaranması və fələstinli didərginlərin məsələləri üçün ədalətli həll yolunun tapılması ilə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirsin." 
 
Bu arada İslam Əməkdaşlıq Təşkilatının insan haqları üzrə daimi və müstəqil heyəti  bəyanat verərək sionist rejim tərəfindən fələstinlilərin hüquqlarının durmadan pozulması, xüsusilə də fələstinlilərin həyat, ibadət, sərbəst gəzməklə bağlı əsaslı hüquqlarının pozulmasını pisləyib. (iribnews)
 

Google+ WhatsApp ok.ru