Şəri-dini suallara cavablar - SUAL 77

Şəri-dini suallara cavablar - SUAL 77

-- Namazı fərdi şəkildə (furada) qıldığım zaman onun müstəhəb əməllərini layiqincə yerinə yetirə bilirəm, belə olan halda, yenə də namazı camaatla qılmağı tövsiyə edirsinizmi?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 

NAMAZIN HÖKMLƏRİ

CAMAAT NAMAZININ HÖKMLƏRİ

SUAL 77: Namazı fərdi şəkildə (furada) qıldığım zaman onun müstəhəb əməllərini layiqincə yerinə yetirə bilirəm, belə olan halda, yenə də namazı camaatla qılmağı tövsiyə edirsinizmi?

CAVAB: Bütün mərcəi-təqlidlərin rəyi: “Bəli, qısa vaxtda qılınan camaat namazı uzun çəkən fərdi namazdan fəzilətlidir. Rəvayətdə buyurulur: “Əgər imam-camaata iqtida edən bir nəfər olarsa, onun hər rükətinə görə 150 namazın savabı verilər. Əgər iki nəfər olarsa, 600 namazın savabı verilər... Əgər camaat namazında iştirak edənlərin sayı on nəfəri keçərsə, səmalar kağız, dəryalar mürəkkəb, ağaclar qələm, cinlər, insanlar və mələklər yazar olsalar da, həmin namazın bir rükətinin savabını yazıb qurtara bilməzlər.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 1400-1402; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 1399; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 1410; “Ayətullah Xameneinin dəftərxanasından sorğu.”)

 

Google+ WhatsApp ok.ru