Ənsərullah lideri: “Bu gün Yəmən böyük bir bəlanı dəf etdi”

Ənsərullah lideri: “Bu gün Yəmən böyük bir bəlanı dəf etdi”

-- millətimizə qarşı qurulan təxribatlar puç oldu

Yəmənin Ənsarullah Hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Yəməndə xalqı hədəfə alan planların boşa çıxarıldığını bildirib.
 
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Seyid Əbdülməlik gündəlikdəki məsələləri qiymətləndirərkən belə deyib: “Bu gün fövqəladə və böyük bir gündür, çünki millətimizə qarşı qurulan təxribatlar puç oldu”.
 
Yəmən xalqını hədəfə alan ssenarilərin məhv edilməsi münasibətilə təbriklərini çatdıran Əl-Husi, Səna hadisələrində yaraqlılara qarşı böyük səy göstərən təhlükəsizlik qüvvələri və dövlət qurumlarını təqdir edib.
 
“Bu gün Yəmən böyük bir fəlakəti sovuşdurdu və ölkənin təhlükəsizliyi və sabitliyini hədəf tutan bir təxribat boşa çıxdı”.
 
Seyid Əbdülməlik daha sonra sözlərini belə davam edib: “Bu hiylənin baş verəcəyini bilirdik və bunu qardaşlıqla qarşısını almağa çalışdıq, ancaq digər tərəf (Əli Abdulla Saleh) həmişə bu məsələdən qaçdı və kənar dayandı. Ənsarullah hərəkatı Salehin bu nöqtəyə gəlməsindən əvvəl ölkəmizə hücum edənlərlə geniş koordinasiya içində olduğunu və hərbi cəhətdən hazırlıqlı olduğunu bilirdi. Bu səbəblə Yəməndəki işğalçılarla yeni bir səhifənin açılmasını ortaya qoyan kimi, onlardan bu mövqelərindən imtina etmələrini istədik”.
 
Əl-Husi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın “Sənanın devrilməsi planı”nı reallaşdırmaq məqsədilə Salehin tərəfdarlarına havadan dəstək verdiyini də söyləyib
 
Ənsarullahın lideri Səna hadisələri haqqında bunları söyləyib: “Bu təxribatın uğursuzluğunun ən böyük səbəbi Yəmən xalqının fitnənin qarşısından dayanmasıdır. Həmçinin Yəmənə qarşı siyasi, media və hərbi cəhətdən aparılan fitnələri boşa çıxaraq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Britaniya və ABŞ böyük və tarixi bir məğlubiyyətə düçar edildi”.
 
Ənsarullah və Yəmən Xalq Konqresi arasında hər hansı bir problemin olmadığını açıqlayan Əl-Husi, ortaq hədəflərinin Yəmən düşmənləri ilə mübarizə olduğunu deyib.
 
Seyid Əbdülməlik Abu Dabidə olan Baraka nüvə stansiyasına atılan Kruz raketinə də münasibət bildirib: “Ölkəmizə hücum edənlər Yəmənin iflasın astanasında olduğunu hesab edirdilər, ancaq Birləşmiş Ərəb Əmirliklərinin qəlbini hədəf aldıq”.
 
Yəmənə hücum edən dövlətlərə müraciət edən Əl-Husi sözlərini belə sona çatdırıb: “Onlar son günlərdə vurulan ağır zərbələrdən dərs götürməli və xəyallarının qəti olaraq reallaşmayacağını dərk etməlidir”.
 

Google+ WhatsApp ok.ru