İƏT, səfirliklərini Qüdsə köçürən bütün dövlətləti hədələdi

İƏT, səfirliklərini Qüdsə köçürən bütün dövlətləti hədələdi

-- Qüdsə köçürən ölkələrlə əlaqələr kəsiləcək

İslam Əməkdaşlıq Təşkilatı ABŞ prezidenti Donlad Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və səfirliyin bu şəhərə köçürülməsindən çəkinməyə çağırıb. FaktXeber.com-un məlumatına görə, bu barədə Associated Press xəbər verib.
 
Təşkilatdan bildirilib ki, İƏT-in 57 üzvü səfirliyi Qüdsə köçürən ölkələrlə əlaqələri kəsmək məcburiyytəində qalacaq. 
 
Bəyanatda həmçinin bildirilib ki, bu addım  ərəb və müsəlman dünyasına qarşı açıq təcavüzün nümayişi sayılacaq.
 
Qeyd edək ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması Trampın seçkiqabağı kompaniyasında əsas vədlərdən biri olub. Bundan əvvəl bildirilmişdi ki, ABŞ prezidenti  qərar barədə dekabrın 6-da elan edə bilər.
 
Lakin Ağ Evin mətbuat katibinin müavini  Hoqan Qidli bildirib ki, ABŞ prezidenti yaxın günlərdə  səfirliyin Qüdsə köçürülməsinin  təxirə salınması ilə bağlı qərar qəbul edəcək.
 

Google+ WhatsApp ok.ru