Ərəb Parlamentlər Birliyi  ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımasını reaksiya

Ərəb Parlamentlər Birliyi ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanımasını reaksiya

-- etibarsız və qeyri-qanuni addımdır

Ərəb Parlamentlər Birliyi  ABŞ-ın Qüdsü işğalçı İsrailin paytaxtı kimi tanıması və eləcədə ABŞ səfirliyinin Tel- Əvivdən Qüdsə köçürülməsinə dair  cəhdlərinə etiraz edərək onu  etibarsız və qeyri-qanuni adlandırıb. 
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər veri rki, Ərəb Parlamentlər Birliyinin İcra Komitəsinin Mərakeşin Rabat şəhərində  keçirilən iclasından sonra verilən bəyanatda bildirilir ki, ABŞ-ın Qüdsün işğalçı İsrail dövlətinin paytaxtı kimi tanıması və ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi qərarı etibarsızdır və qeyri-qanunidir. “Bu təşəbbüs beynəlxalq hüquqa zidddir və Fələstin xalqının hüquqlarını pozaraq sülhün mümkünlüyünü tamamilə aradan qaldırır"
 
Ərəb Parlamentlər Birliyi ABŞ-ın bu planının tamamilə əleyihinə olduğunu vurğulayıb və qeyd edib ki,  bu addım  Qüdsün hüquqi, siyasi və tarixi durumunu baltalayır. 
 
Qeyd edək ki, ABŞ prezidenti D.Tramp  bu gün Qüdslə bağlı qərarını açıqlayacaq. 
 

Google+ WhatsApp ok.ru