İƏT ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını pisləyir

İƏT ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını pisləyir

-- Qüdsün İsrailin paytaxtı kimi tanınması..

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir.
 
Bu barədə Trend-ə təşkilatdan məlumat verilib.
 
Məlumatda qeyd olunur ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib.
 
Təşkilatdan o da qeyd olunub ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək.
 

Google+ WhatsApp ok.ru