Şəri-dini suallara cavablar - SUAL 79

Şəri-dini suallara cavablar - SUAL 79

-- Hansı işlər cənabətli şəxsə haramdır?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
 QÜSLÜN HÖKMLƏRİ

CƏNABƏT QÜSLÜ

SUAL 79: Hansı işlər cənabətli şəxsə haramdır?

Beş iş cənabətli şəxsə haramdır:

1. Məscidə bir şey qoymaq və yaxud götürmək üçün oraya daxil olmaq;

2. Məscidül-Həram və Məscidün-Nəbiyyə daxil olmaq (hətta bir qapıdan daxil olub o biri qapıdan çıxdıqda belə haramdır);

3. Digər məscidlərdə dayanmaq; amma bir qapıdan daxil olub, o biri qapıdan çıxdıqda eybi yoxdur. Vacib ehtiyata əsasən, məsum imamların hərəmlərində də dayanmaq olmaz;

4. Quran xəttinə və Allahın adına əl vurmaq;

5. Vacib səcdəsi olan ayələrdən hər hansı birini oxumaq. Bu ayələr Quranın dörd surəsində yerləşir: “Səcdə” surəsi, “Fussilət” surəsi, “Nəcm” surəsi və “Ələq” surəsi.

 

Google+ WhatsApp ok.ru