“İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı kitab nəşr edilib

“İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı kitab nəşr edilib

-- İmam Əlinin (ə) Qurani-Kərimi təfsir etmə metodları və ..

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən “Nəhcül-Bəlağə elmləri üzrə müəssisəsi”nin təşəbbüsü ilə “İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı işıq üzü görüb. 
 
Maide.Az “İqna”-a istinadən xəbər verir ki, “İmam Əli (ə) düşüncəsinin nəticəsi: Quranın gizli təfsiri və dualar” adlı kitabın müəllifi Ustad Xəlil Xələf Bəşirdir. 
 
Müəllif bu kitabda Həzrət İmam Əlinin (ə) fikri və düşüncəsi əsasında formalaşan İslam maarifini iki bölmədə (Quranın gizli təfsiri və  dualar) tədqiq etmişdir.  
 
Kitabın yazarı çalışıb ki, İmam Əlinin (ə) Qurani-Kərimi təfsir etmə metodlarını araşdırsın və İmam Əlinin (ə) gizli təfsir nümunələrinin bəzilərini göstərib.
 
Müəllif təfsir barədə danışdıqdan sonra kitabın ikinci bölümündə İmam Əlinin (ə) dilindən bizə gəlib çatmış duaları təhlil edib, dualardakı bəlağət, dərin maarif və müxtəlif mövzuları əhatetmə dairəsini şərh verib. 
 
Kitab Ərəb dilindədir və İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən kitab satış mərkəzində satılır. 

Google+ WhatsApp ok.ru