“Hizbullah” rəsmisi: ”Ən doğru strategiya ABŞ-la mübarizədir”

“Hizbullah” rəsmisi: ”Ən doğru strategiya ABŞ-la mübarizədir”

-- Livanın “Hizbullah” hərəkatının rəsmisi ABŞ-la bağlı bəyanatla çıxış edib

Təşkilatın icrayə komitəsinin sədr müavini Şeyx Əli Damuş Yaxın Şərq ölkələrinin süverenliyinin qorunması üçün ABŞ-la mübarizənin ən doğru strategiya olduğunu bəyan edib. Şeyx Əli Damuş bildirib ki, ABŞ və İsrail Yaxın Şərq ölkələrinin çoxuna öz iradəsini zorla qəbul etdirməyə davam edir, onların daxili işlərinə qarşır. 
 
O, ərəb ölkələrini öz süverenliyini qorumaq üçün ABŞ-la mübarizəni dayandırmamağa çağırıb. "Sərbəst və qürurlu insanların müqaviməti onların dəyərlərini və ölkələrini müdafiə etməyə kömək edəcək və onlar ABŞ-n regionda üstünlük əldə etməsinə və xalqlara yad fikirlərin seçilməsiniə imkan verməyəcəklər. ABŞ bölgə üçün planlarını daha güclü olan zaman belə həyata keçirə bilmədi. Bundan başqa, Suriya, İraq və bütövlükdə regionda öz layihələrinin məğlubiyyətindən sonra indi heç bir  qələbə əldə edə bilməyəcəklər", - deyə Damuş vurğulayıb.(eastnews)
 

Google+ WhatsApp ok.ru