Əti rasiondan çıxaraq?

Əti rasiondan çıxaraq?

-- Bu həftə paytaxtın supermarket və bazarlarında sümüksüz dana ətinin 1 kq-ı 15 manata...

Azərbaycanda ətin qiymətlərinin yeni artımı qeydə alınıb.
Bu həftə paytaxtın supermarket və bazarlarında sümüksüz dana ətinin 1 kq-ı 15 manata, sümüklü dana dana ətinin 1 kq-ı 14 manata satılır.
 
Bu barədə İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin istehlak bazarının monitorinqi üzrə hesabatında bildirilib. Bu ilin yanvar ayında Bakı bazarlarında sümüksüz dana əti 13,40 manat, sümüklü dana əti 12,50 manat, mal əti 11,50 manat, camış əti 9 manat olub.
 
Mal ətinin qiyməti digər ət məhsullarının - sosiska və kolbasanın qiymətlərini artırır, çünki bu seqmentlər bir-birinə bağlıdır. Ənənəvi olaraq mal əti baha olanda ət emalçıları xammal çatışmazlığını donuz əti, at əti və ya toyuq əti ilə kompensasiya edir. Müvafiq olaraq, tələbat yüksək olanda istehsalçılar xammalın qiymətlərini artırır. (contact.az) 

Google+ WhatsApp ok.ru