Şəri-dini suallara cavablar - SUAL 89

Şəri-dini suallara cavablar - SUAL 89

-- Qüsl əvəzinə təyəmmüm etdikdən sonra dəstəmaz əvəzinə də təyəmmüm etmək lazmdırmı?

Maide.Az 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanmış şəri-dini suallara cavabları əziz oxuculara təqdim edir: 
 
TƏYƏMMÜMÜN HÖKMLƏRİ

SUAL 89: Qüsl əvəzinə təyəmmüm etdikdən sonra dəstəmaz əvəzinə də təyəmmüm etmək lazmdırmı?

Mərcəi-təqlidlərin rəyi (Ayətullah Sistani, Ayətullah Məkarim, Ayətullah Nuri və Ayətullah Vəhiddən başqa): “Cənabət qüslü əvəzinə edilən təyəmmümdən sonra namaz qılmaq üçün dəstəmaz almaq və yaxud dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Amma digər qüsllər əvəzinə edilən təyəmmümdən sonra namaz qılmaq üçün dəstəmaz almaq və yaxud dəstəmaz əvəzinə təyəmmüm etmək də lazımdır.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 723; Ayətullah Xameneinin dəftərxanasından sorğu.)

Ayətullah Sistani, Ayətullah Məkarim Şirazi, Ayətullah Nuri Həmədani və Ayətullah Vəhid Xorasani: “İstər cənabət qüslü, istərsə də digər qüsllər (“orta istihazə” qüslündən başqa) əvəzinə edilən təyəmmümdən sonra namaz qılmaq üçün dəstəmaz almaq və yaxud dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil, amma yaxşı olar (ehtiyat-müstəhəbdir) ki, dəstəmaz alınsın və yaxud dəstəmaz əvəzinə təyəmmüm edilsin.”

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, Ayətullah Sistani və Ayətullah Məkarim, məsələ 723; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 730; “Tozihul-məsail”, Ayətullah Vəhid, məsələ 724.)

 

 

Google+ WhatsApp ok.ru