“Hizbullah” lideri seçkilərdən, Reks Tillersonun Beyruta səfərindən və regionda baş verənlərdən danışdı

“Hizbullah” lideri seçkilərdən, Reks Tillersonun Beyruta səfərindən və regionda baş verənlərdən danışdı

-- ABŞ və müttəfiqlərinin regionda qurduğu planları məğlub olub...

Livanın “Hizbullah” hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən ölkənin şərqindəki Baalbek şəhərində təşkil edilən mərasimdə çıxış edib. 

 O, çıxışında ABŞ və müttəfiqlərinin regionda qurduğu planların məğlub olduğunu vurğulayıb.   

“Onlar İŞİD məğlub olduqdan sonra müqavimət hərəkatlarına qarşı yeni planlara qurmağa çalışırlar”, - deyə Seyid Həsən Nəsrullah diqqətə çatdırıb.   

Seyid Həsən Nəsrullah ABŞ xarici işlər naziri Reks Tillersonun Livana səfərinə də toxunub. 

 “ABŞ xarici işlər naziri Reks Tillerson Beyruta gəlirsə, bunun hədəfi yalnız dəniz suları yox “Hizbullah” ilə mübarizə aparmaqdır”, - deyə Seyid Həsən Nəsrullah bildirib.   

Seyid Həsən Nəsrullah “Hizbullah” müttəfiqlərinə daxili və xarici düşmənlər qarşısında müqavimət göstərmək çağırışı edib. 

 “Livan Nazirlər Kabinetində və Parlamentində “Hizbullah” üzvlərinin olması Livanın gələcəyi üçün önəmlidir. Bu siyasət davam etdirilməlidir. ABŞ və Səudiyyə Ərəbistanı keçiriləcək parlament seçkilərində “Hizbullah”-a verilən səsləri diqqətə alacaq”, - deyə Seyid Həsən Nəsrullah qeyd edib. (eastnews.org)

Google+ WhatsApp ok.ru