Əhsən Nuruzadəyə hökm oxunub

Əhsən Nuruzadəyə hökm oxunub

-- O, 7 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Maide.Az "Report"-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə Ə.Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
Qeyd edək ki, Ə.Nuruzadə ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Google+ WhatsApp ok.ru