Əl-Husi İsrail və ABŞ rəhbərlərini “əxlaqsızlıq liderlər” adlandırdı

Əl-Husi İsrail və ABŞ rəhbərlərini “əxlaqsızlıq liderlər” adlandırdı

-- Onlar cəmiyyətin bünövrəsini dağıtmağa cəhd göstərirlər

 
Yəmənin Ənsarullah Husilər Hərəkatının lideri Əbülməlik Əl-Husi Həzrət Fatimənin (s.ə) mövlud günü ilə bağlı müsəlman qadınlara xitabən açıqlama yayıb.
 
Maide.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, əl-Husi İslam ümmətinin, insanlığın ən pik nöqtəsini tərənnüm edən Həzrət Fatimə (s.ə) ilə qürur duymalı və iftixar etməli olduğunu bildirib.
 
O, mesajında işğalçı sionist İsrail və ABŞ haqqında da danışıb. Əl-Husi, hər iki ölkənin rəhbərlərinin bütün insanlığa düşmən olduğunu, qadınların şəxsiyyətini alçaldaraq siyasi məqsədlər üçün istifadə etməyə çalışdıqlarını söyləyib:
 
“Əxlaqsızlıq liderləri qadınları ictimai sabitliyi pozmaq üçün istifadə etmək istəyirlər. Düşmənlər müsəlmanlara qarşı “yumşaq savaş” başladıb. Onlar əxlaq və mənəvi dəyərləri zədələmək üçün cəmiyyətin bünövrəsini dağıtmağa cəhd göstərirlər”.
 
 

Google+ WhatsApp ok.ru