Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanadan evə buraxılıb - FOTO

Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanadan evə buraxılıb - FOTO

-- Səhhəti yaxşılaşıb

Tanınmış filosof, hikmət və mərifət dahilərindən, Qum Dini Elmlər hövzəsinin böyük mərcəyi-təqlid alimi Əllamə Ayətullah Həsənzadə Amuli bu gün xəstəxanadan evə buraxılıb. 
 
Maide.Az “iribnews”-a istinadən xəbər verir ki, ürək çatışmazlığı səbəbilə  martın 25-dən Mazandaran əyalətinin Amul şəhərinin İmam Rza (ə) adına xəstəxanasında müalicə alan Ayətullah  Həsənzadə Amulinin durumu stabilləşdiyi üçün evə buraxııb. 
 
Əllamə Ayətullah Həsənzadə Amuli kimi tanınan Həsən Təbəri Amuli 1928-ci ildə Amol şəhərinin Larican bölgəsində dünyaya göz açıb.
 
O tanınmış müctəhid, filosof, hikmət və mərifət dahilərindən və Qum Dini Elmlər hövzəsinin böyük mərcəyi-təqlid alimidir .  Həmçinin, Əllamə Ayətullah Həsənzadə Amuli ədəbiyyat, astronomiya, riyaziyyat və tibdə də çoxlu elmi nailiyyətlərə imza atıb.
 

Google+ WhatsApp ok.ru