Ərdoğanla Tramp arasında telefon danışığı olub

Ərdoğanla Tramp arasında telefon danışığı olub

-- Suriya böhranı müzakirə edilib.

Ağ Ev ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.
 
Maide.Az "Report"-a istinadən məlumat verir ki, xəbərdə bildirilir ki, iki ölkənin rəhbəri Suriya böhranını müzakirə ediblər. 
 
ABŞ və Türkiyə rəhbərləri bu ölkə ətrafında yaranmış vəziyyət ətrafında sıx əlaqə saxlamağı razılaşdırıblar.
 
"Prezident Donald Tramp Suriyada hazrıkı böhranı müzakirə etmək üçün bu gün Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğanla telefon danışığı aparıb. Liderlər bu vəziyyət ətrafında sıx əlaqə saxlamağı razılaşdırıblar", - deyə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.
 
Qeyd edək ki, daha əvvəl ABŞ rəsmi Dəməşqi Şərqi Qutada, Duma şəhərində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. 

Google+ WhatsApp ok.ru