“Air France” tətilə davam edir

“Air France” tətilə davam edir

-- işçilər bu günə qədər ümumilikdə 11 gün işə çıxmayıblar

Fransanın milli hava yolu şirkəti “Air France” işçiləri mayda daha 4 gün tətil edəcəklərini qərarlaşdırıblar.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iş şəraitlərinin yaxşılaşdırılmasını və maaşlarının 6 faiz artırılmasını tələb edən işçilər şirkət rəhbərliyindən istədiklərini cavabı hələ də ala bilmirlər.
 
Buna görə də 3, 4, 7 və 8 may tarixlərində işçilər işə çıxmayacaqlar.
 
46 mindən çox işçisi olan şirkətdən bildirilib ki, bu tətillər şirkətin maliyyə vəziyyətini daha da təhlükəyə salır və müştərilərin şirkətə olan etibarını dərindən zədələyir.
 
Məlumat üçün bildirək ki, işçilər bu günə qədər ümumilikdə 11 gün işə çıxmayıblar. Tətillər səbəbindən uçuşların 30 faizi təxirə salınıb və şirkətə 300 milyon dollardan çox ziyan dəyib.
 

Google+ WhatsApp ok.ru