“Qüds dinlərin ortaq paytaxtı olaraq qalmalıdır” - Sergey Lavrov

“Qüds dinlərin ortaq paytaxtı olaraq qalmalıdır” - Sergey Lavrov

-- Rusiya Qüdslə bağlı narahatdır

Rusiya Xarici İşlər naziri Sergey Lavrov iordaniyalı həmkarı İman Əlsafdi ilə görüşündə işğalçı sionist İsrailin Qüdsü rəsmi paytaxt etməsinə münasibət bildirib.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, o, rəsmi Moskvanın işğal altında olan Fələstin torpaqları və Qüdslə bağlı narahatlıqlarını dilə gətirib.
 
Lavrov deyib ki, Qüds İslam, Xristianlıq və Yəhudiliyin ortaq paytaxtı olaraq qalmalıdır.
 
Qeyd edək ki, ABŞ-ın Təl-Əvivdəki səfirliyini 14 mayda, sionist rejimin qondarma “müstəqillik” günündə Qüdsə köçürəcəyini açıqlayıb.
 

Google+ WhatsApp ok.ru