Ərəblərin 30 faizi yardıma möhtacdır

Ərəblərin 30 faizi yardıma möhtacdır

-- 11 ərəb ölkəsində

Ərəb ölkələrində müntəzəm şəkildə keçirilən “Ərəb İndeksi” sorğusunun 2017-ci il üçün olan nəticələri ərəb ailələrinin 30 faizinin ehtiyac içində yaşadığını göstərib.
 
Maide.Az "azərtac"-a isitnadən xəbər veri rki, Ərəb Araşdırma və Siyasət Məsələləri Mərkəzinin apardığı tədqiqatda 11 ərəb ölkəsindən 18 min 830 nəfər iştirak edib. Onlardan 46 faizi gəlirlərinin ehtiyaclarını ödədiyini, lakin pul toplaya bilmədiyini, 30 faizi isə gəlirlərinin ehtiyaclarını ödəməyə yetmədiyini və əsasən yardımlar hesabına yaşadıqlarını deyib.
 
Ərəb ölkələrində demokratiya
 
Tədqiqatda iştirak edənlərin 74 faizi demokratik sistemi dəstəklədiyi halda, 17 faizi buna qarşı olduğunu bildirib. Ərəb ölkələrində baş verən inqilablara da yer ayıran indeksdə rəyi soruşulan insanların əksəriyyəti hadisələrə müsbət yanaşır, cəmi 3 faizi isə bunun planlı şəkildə həyata keçirildiyini hesab edir.
 
Ərəb inqilablarının gələcəyi ilə bağlı iştirakçıların 45 faizi inqilabın durğunluq dövründən keçdiyini, lakin hədəfə çatacağını, 34 faizi isə inqilabların sona yetdiyini və köhnə rejimlərin yenidən hakimiyyətə gəldiyini düşünür.
 
ABŞ və İsrail siyasəti
 
Sorğuda iştirak edənlərin 75 faizi ABŞ-ın Fələstin, Suriya, İraq, Liviya və Yəməndəki siyasətini, 33 faizi də İran və Rusiyanın bu ölkələrlə bağlı siyasətini pisləyib. İndeksdə ərəblərin 87 faizinin İsraili dövlət kimi tanımadığı məlum olub.
 
Beynəlxalq təhlükəsizlik məsələsində isə iştirakçıların 67 faizi İsrail və ABŞ-ı, 10 faizi İranı ən böyük təhlükə hesab edib. Rəyi soruşulan insanların 92 faizi İŞİD qruplaşmasını mənfi, 5 faizi isə müsbət qiymətləndirib.
 

 

Google+ WhatsApp ok.ru