“Hizbullah” lideri açıqladı: `Golan yüksəkliklərindəki İsrail bazalarını biz vurduq”

“Hizbullah” lideri açıqladı: `Golan yüksəkliklərindəki İsrail bazalarını biz vurduq”

-- Fələstində baş verən hadisələrin 70 il öncə baş verən hadisələrin davamıdır

Ötən gün Livanın “Hizbullah” hərəkatının lideri Seyid Həsən Nəsrullah hərəkatın Seyid Zülfüqar ləqəbli yüksək rütbəli komandiri Hacı Mustafa Bədrəddinin ölümünün ikinci ildönümünə həsr etdiyi çıxışda İsrail rejiminə endirilən cavab zərbələrindən və Fəlsətinə edilən hücumlardan danışıb. 

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrulah Suriya ərzisindən İsrailin işğalında olan Golan yüksəklikləridən olan hərbi bazalara 55 raketlə cavab zərbələrinin “Hizbullah” tərəfindən həyata keçirildiyini bəyan edərək, 1973-cü ildən bəri müharibədə yeni bir səhifənin açıldığını bəyan edib.   

Seyid Həsən Nəsrullah İsrailin Fələstinə etdiyi təcavüzün davam edəcəyi təqdirdə Golan yüksəkliklərinə deyil, "İsrailin qəlbinə" zərbələr endirəcəklərini söyləyib.

O, İsrailin qınanılacağını, lakin bundan bunun nəticəsinin olmayacağını bildirərək, Fələstini müqavimət göstərən Suriya və müqavimət xəttinin xilas edəcəyini bəyan edib.  

 “Hizbullah” lideri Fələstində baş verən hadisələrin 70 il öncə baş verən hadisələrin davamı olduğunu vurğulayıb.

 

Google+ WhatsApp ok.ru