Əfqanıstan: “Taliban” qruplaşma üzvləri hökumət qüvvələrinə hücum edib 15 May 2018 01:00 Fələstin -- iki hərbçi həlak olub, 16-sı yaralanıb. “Taliban” trror qruplaşmasının üzlvəri Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində hökumət qüvvələrinin mövqelərinə hücum edib. Maide.Az "azərtac"a istinadən xəbər verir ki, hazırda əyalətin eyni adlı administrativ mərkəzi uğrunda ağır döyüşlər gedir. Hücum mayın 15-də səhər saatlarında başlayıb. “Taliban” qruplaşma üzvləri şəhərin bir neçə rayonunda irəliləməyə və Milli Təhlükəsizlik İdarəsinə yaxınlaşmağa müvəffəq olub. Telekanalın məlumatına görə, hökumət qüvvələrinə əlavə kömək göndərilib. Səkkiz qruplaşma üzvinin öldürüldüyü bildirilir. Hökumət qüvvələri də itki verib, iki hərbçi həlak olub, 16-sı yaralanıb. 2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hərəkatı ölkənin cənub rayonlarının bir çoxunda nəzarətə yiyələnib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Teqlər : #Əfqanıstan: Taliban qruplaşma üzvləri hökumət qüvvələrinə hücum edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nyu-Yorkda Qüds aksiyası keçirildi - FOTO İslam Patiyası ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı bəyanat yayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar