Əfqanıstanda partlayış: 9 ölü, 8 yaralı

Əfqanıstanda partlayış: 9 ölü, 8 yaralı

-- ölənlərdən 6-sı polisdir

Əfqanıstanın şərqində yerləşən Loqar əyalətində polis mərkəzində  baş verən partlayış nəticəsində 9 nəfər ölüb, daha 8 nəfər yaralanıb.
 
Maide.Az “AA”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. 
 
Terrorçu-kamikadze yük maşınında yerləşdirilmiş partlayıcı qurğunu polis mərkəzinin binası qarşısında partladıb. 3 terrorçu isə polis mərkəzinə girərək  polislərə atəş açıb. 
 
Loqar Polis Mərkəzinin sözçüsü Şahpur Əhmədzey bildirib ki, teraktda iştirak edən 3 terrorçu öldürülüb. 
 
Onun sözlərin görə, ölənlərdən 6-si polisdir. 
 
Hadisənin məsuliyyətini  Taliban terror qruplaşamsı üzərinə götürüb. 
 

Google+ WhatsApp ok.ru