“Qüds və Qarabağ eyni dərddə” adlı elmi-praktik konfrans keçirilib-FOTO

“Qüds və Qarabağ eyni dərddə” adlı elmi-praktik konfrans keçirilib-FOTO

-- Həm Qüdsün, həm də Qarabağın azadlığı üçün insanlar bütün səylərini əsrgəməməlidir

Bu gün “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın və “Azərbaycan Ziyalılan İttifaqı”nın təşkilatçılığı ilə Beynəlxalq Qüds günü münasibəti ilə “Qüds və Qarabağ eyni dərddə” adlı elmi-praktik konfrans keçirilib. 
 
Maide.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli bildirib ki, “Qüds günü” illərdir dünyada zülmə qarşı müqavimət günü kimi qeyd edilir. “Dünyanın demək olar ki, əksər ölkələrində, hətta İsrailin özündə də etiraz aksiyaları keçirilir. Biz də rəsmi olaraq müraciət edib ölkəmizdə aksiya keçirmək istədik. Lakin bizim dinc aksiyamızın qarşısı kobud surətdə alındı.”
 
R. Əhmədli işğaldan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın Qüdsə dəstək verməsinin əhəmiyyətindən danışıb. “Qarabağ və Qüds eyni dərddədir. Bu gün hər ikisi işğal altındadır. Həm Qüdsün, həm də Qarabağın azadlığı üçün insanlar bütün səylərini əsrgəməməlidir.”
 
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının üzvü Hacı Hacıağa Nuri bildirib ki, İran İslam İnqilabının banisi, mərhum Ruhullah Xomeyninin təşəbbüsü ilə irəli sürülən bu gün dünyada nəinki müsəlmanların, həmçinin əzilən xalqların mübarizə əzminə təkan verdi.
 
Digər çıxış edənlər də “Qüds günü”nün əhəmiyyətini qeyd ediblər. İşğal altında olan torpaqlarımızın azadlığı üçün xalqımızın bir yumruq altında birləşməsinin və mübarizə əzminin güclənməsinin vacibliyini bildiriblər.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru