“Biləcəri ilə Lökbatanı səhf salanlar...”

“Biləcəri ilə Lökbatanı səhf salanlar...”

-- “Musanın dükanından sağa dön” prinspi ilə...

​“Qafqazinfo.az” saytında “Vətəndən getməmək üçün..” sərlövhəli yazı yer alır.
 
Müəllif vətəninə sevgisindən və onun qayğılarından bəhs edir:
 
“Mən ona görə narazı-narazı yazıram ki, o gözəlim ölkədən, o gözəlim vətəndən, o müdhiş torpaqdan qopmaq, başımı götürüb qaçmaq istəmirəm. Hər şey yaxşı olsun, yurdum insanı rahat yaşasın, gülümsəsin istəyirəm”.
 
Müəllif ölkənin adını çəkmədən yazıb ki, 18 gündür Azərbaycandan uzaqdadı, kimdənsə hara gedəcəyini soruşmadan istədiyi yeri rahat tapa bilir, həyəcansız, əsəbsiz, stressiz mənzil başına çatır:
 
“Bilirsən niyə? Çünki, adamlar çox sadə bir işi dəqiq yerinə yetiriblər. Küçələrin adını dəqiqliklə elektron xəritələrə qeyd edibər. Avtobuslarının, metrolarının məlum bir hərəkət qrafiki var. İl olub 2018, ölkəömizdə saysız hesabsız dünyəvi müsabiqələr, yarışmalar keçirilir, şəhərdə gəzən 5 nəfərdən üçü turistdir, di gəl, “google map”də Biləcəri yazıb yola düşsən özünü Lökbatanda tapırsan...”
 
Müəllif hesab edir ki, “Musanın dükanından sağa dön” prinspi ilə çox da uzağa getmək olmaz:
 
“Vətən təkcə ona şeir yazmaq, mahnı bəstələmək üçün deyil... Vətən yaşamaq üçündür. Mən ömrümün sonuna qədər bu doğma yerdə, doğma adamların arasında yaşamaq istəyirəm. Bu, balaca görünsə də sonu faciələrə aparıb çıxara biləcək qədər böyük olan problemlərin qarşısını almasaq, boğazımızı qıcıqlandıran toz dənəciklərinin üstünə bir-iki qurtum su sərpməsək bizə yaşamaq asan olmayacaq, dostlar”.(contact.az)
 

Google+ WhatsApp ok.ru