“Kərbəla hədiyyəsi” adlı  beynəlxalq Quran yarışması keçiriləcək

“Kərbəla hədiyyəsi” adlı beynəlxalq Quran yarışması keçiriləcək

-- Kərbəla şəhərində keçiriləcək yarışlar iyunun 26-dək davam edəcək

Sabah (20 iyun) İmam Hüseynin (ə) hərəminin yanında yerləşən “Seyyid əl-Övsiya” salonunda “Kərbəla hədiyyəsi” adlı beynəlxaq Quran yarışması təşkil olunacaq. 
 
Maide.Az “İQNA”a istitnadən xəbər verir ki,  İmam Hüseynin (ə) hərəminə bağlı  Dar-ul-Quran  Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışda hifz, tilavət və təfsir kateqoriyalarında  yarış keçiriləcək. 
 
İyunun 26-dək davam edəcək yarışın qaliblər dəyərli hədiyyələrlə - 1-ci yer; Ümrə Həcc ziyarəti,  2-ci yer; Məşhəd ziyarəti və  3-cü yer; 500 min İraq dinarı - ilə mükafatlandırılacaq.
 

Google+ WhatsApp ok.ru