“Bosniya qəssabı” Parisdə tutuldu

“Bosniya qəssabı” Parisdə tutuldu

-- 59 nəfəri qətlə yetirib

1992-ci ildə keçmiş Yuqoslaviyadakı müharibədə bir qəsəbədə 59 nəfəri öldürməkdə ittiham edilən “Bosniya qəssabı” ləqəbli serbiyalı Radomir Susnyar Fransada saxlanılıb.
 
Maide.Az “Dünya Bülleteni”nə istinadən xəbər verir ki, 62 yaşlı Susnyar Parisdə Kütləvi Cinayətlərlə Münarizə İdarəsinin polisləri tərəfindən həbs edilib.
 
Məlumat üçün bildirək ki, “Bosniya qəssabı” 1992-ci ilin aprel-iyul ayları aralığında Videqrad şəhərində serbiyalıların müsəlmanlara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti çərçivəsində 59 nəfəri qətlə yetirməkdə və evləri yandırmaqda ittiham edilir.
 

Google+ WhatsApp ok.ru