“Neft əsirliyində”

“Neft əsirliyində”

-- Büdcə dəyişiklikləri ictimaiyyətə təqdim edilmədi

“Novoye Vremya” qəzetində “Neft əsirliyində” sərlövhəli yazı oxumaq olar.
 
Müəllif 2018-ci il dövlət büdcəsinə dəyişiklikər layihəsi fonunda hesab edir ki, Azərbaycanın neftdən aslılığı davam edir.
 
Yazıda daha sonra büdcə şəffalığı mövzusuna toxunulur.Müəllif vurğulayır ki, bu sahədə Azərbaycanın beynəlxalq reytinqi getdikcə azalmaqdadır.
 
Müəllifin firincə, 2018-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsi də ictimai müzakirələrdən kənarda qalıb:
 
“Məlum oldu ki, 2018-ci il büdcəsinə dəyişikliklərlə bağlı parlamentə düzəlişlər layihəsi göndərilib və bununla bağlı öncədən hər hansı ilkin elan, müzakirə və ya ictimaiyyətə təqdimat olmayıb. Başqa sözlə, hökumət bir daha təsdiq etdi ki, beynəlxalq reytinq strukturları haqlıdırlar”.
 
Müəllif hesab edir ki, ilkin olaraq hökumət ilin ortasında büdcəyə yenidən baxılması zərurətini əsaslandırmalıdır və layihə müəlliflərinin göstərdiyi bəzi səbəblər əsaslandırma yox, ancaq gəlişi gözəl sözlərdir.
 
Yazıda qeyd edilir ki, yeni büdcədə neftin qiyməti 55 dollardan (cari büdəcdə 45 dollar) götürülür, gəlirlər 22,11 milyard, xərclər 23,06 milyard olur. Bu təqribən 2 milyard manat artım deməkdir.
 
 Yazıda habelə, vurğulanır ki, bunun da 1milyard manatı SOCAR, “Azərenerji” Açıq Səhimdar Cəmiyyəti kimi qurumlara veriləcək.
 
Müəllfin bildirməsinə görə, layihədə dövlət rüsumlarının 26,8 faiz artırılması nəzərdə tutulur. Bu isə yazıda vurğulandığına görə, mobil telefonun, alkoqolun, tütünün, avtomobilin bahalşacağı anlamına gəlir.
 
Müəllif hesab edir ki, ölkə iqtisadiyyatı yenidən neft sketorunun “əsiri” olacaq. (contact.az)
 

Google+ WhatsApp ok.ru