Əfqanıstanda azı 11 nəfər öldürülüb

Əfqanıstanda azı 11 nəfər öldürülüb

Əfqanıstanın qərbindəki Farah vilayətində yol kənarına qoyulmuş bomba avtobusa dəyib, azı 11 sərnişin həyatını itiribb, 40 nəfər yaralanıb.
 
Maide.Az bildirir ki, Vilayət valisinin sözçüsü Naser Mehdi AzadlıqRadiosu-na deyib ki, partlayış iyulun 31-də səhər, avtobus Bala Baluk regionundan keçərkən baş verib.
 
Avtobus Herat vilayətindən paytaxt Kabilə gedirmiş.
 
Partlayışa görə məsuliyyəti götürən olmasa da, polisin sözçüsü buna görə Farah vilayətində kök salmış Taliban terror qruplaşmasının törətdiyini bildirib. 
 
“Taliban bombanı təhlükəsizlik qüvvələrinə görə qoymuşdu, təəssüf ki, sərnişin avtobusuna dəyib”, – sözçü Muhibullah Muhib deyib.
 
Ölənlər içində qadınlar və uşaqlar da var.
 
Təkcə ötən il Əfqanıstanda 3 min 400-dən artıq dinc sakin öldürülüb, 7 min nəfər xəsarət alıb. Bunu BMT-nin Əfqanıstana Yardım Missiyası hesablayıb.
 

Google+ WhatsApp ok.ru