Əməliyyatdan sonra ayətullah Şeyx İsa Qasimin durumu yaxşılaşır

Əməliyyatdan sonra ayətullah Şeyx İsa Qasimin durumu yaxşılaşır

Bəhreyn şiələrinin lideri Ayətullah Şexy İsa Qasimin müalicəsi davam etdirilir. Durumu yaxşıdır. 
 
Maide.az xarici KİV-lərə istinadən bildirir ki, bu haqda Şeyx İsa Qasimi müalicə edən həkim briqadasının yaydığı məlumatda bildirilir.
 
Məlumatda qeyd olunur ki, ötən həftə uğurlu əməliyyatdan sonra hazırda Şeyx İsa Qasım London xəstəxanalarının birində müalicəsini davam etdirir. "Əməliyyatdan sonra verilmiş analizlərin nəticəsi göstərir ki, Şeyx İsa Qasimin səhhəti yaxşılaşmaq üzrədir".
 
Qeyd edək ki,Bəhreyn şiə lideri, təqribən iyul ayının ortalarında  xəstəliyinin pisləşməsinin ardınca həkimlərin tövsiyəsi ilə müalicəsini davam etdirmək üçün Bəhreyni tərk edərək Londana aparılıb.  Ötən həftə əməliyyat olunub. 
 

 

Google+ WhatsApp ok.ru