“Bermud üçbucağı”nın sirri tapıldı

“Bermud üçbucağı”nın sirri tapıldı

Atlantik okeanında, ABŞ-ın Mayami ştatının cənubunda yerləşən, gəmi və təyyarə qəzaları ilə daima gündəmdə olan “Bermud üçbucağı” və ya “Şeytan üçbucağı”nın sirri ilə bağlı ingilis elm adamlarının araşdırması yekunlaşıb.
 
Maide.az NTV Türkiyə-yə istinadən xəbər verir ki, Sauthempton Universitetinin mütəxəssisləri bu yerin sirrinin dalğalardan ibarət olduğunu açıqlayıb.
 
Belə ki, qəzalara səbəb olaraq həmin bölgədə hündürlüyü 30 metrə qədər çatan ani dalğaların yaranması göstərilib. Həmin dalğalar isə burulğan forması alaraq həmin an oradan keçən gəmi və təyyarələri özünə çəkməyə başlayır.
 
Məlumat üçün bildirək ki, bu zamana qədər “Bermud üçbucağı”nda 200-ə yaxın qəza baş verib. Həmin hadisələr nəticəsində 8127 nəfər itkin düşüb.
 
Qeyd edək ki, “Bermud üçbucağı” Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto-Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən 1,2 milyon kvadrat kilometr sahəni tutur.
 
Bermud üçbucağında baş verən ilk anormal hadisə 1946-ci ildə emerikalı yazıçı Vinsent Qaddisin müəmmalı şəkildə itən ABŞ hərbi donanmasına məxsus 5 ədəd “Flight-19” bombardumançı təyyarələnin itməsi haqqında yazdığı məqalənin dərc edilməsi ilə başlıyır.
 

Google+ WhatsApp ok.ru