Ənsərullah atəşkəs üçün şərtlərini açıqladı 09 Avqust 2018 01:00 Yəmən Ənsarullahın rəsmisi, BMT-ın Yəmən üzrə nümayəndəsini sülh danışıqlarını bərpa etməsi yolunda apardığı əhəmiyyətsiz danışıqları qınayıb. Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, Abdus Salam müsahibəsində bildirmişdir ki, cəsarətlə demək olar ki, siyasi yolla sabitliyin bərpa olunması mümkünsüzdür. "Martin Qriffits (BMT-in Yəmən üzrə emissarı), “Əvvəlki durum və prinsiplər” adlı layihə formalaşdırıb. Bu çox zəif təşəbbüsdür. Qriffits, Hüdeydada humanitar vəziyyət haqqında danışır. Bununla da heç bir iş görmür. Həbs olunanlardan heç kəs azad edilməyib, heç bir hava limanı azad edilməyib, əks tərəf hökumət işçilərinin maaşlarının ödənilməsində təhrik edilməyib. Beləliklə demək olar ki, siyasi yolla sabitliyin bərpa olunması istiqamətində heç bir nəticə əldə olunmayıb", - deyə Abdus Salam bildirmişdir. “İctimaiyyətin müxtəlif təbəqələrindən olan dörd nəfərdən ibarət komitənin rəhbərliyi təyin etmək lazımdır. Milli xilasetmə hökuməti ilə qərarlaşmaq lazımdır. Belə bir hökumət ayrı bir partiyaya qarşı çıxış etməməlidir. Hakimiyyətin bütün tərəflər üçün məqbul olması üçün, bütün partiyalar yeni hökumətdə təmsil olunmalıdır", - deyə Ənsərullahın irəli sürdüyü təklifdə bildirilir. Teqlər : #Ənsərullah atəşkəs üçün şərtlərini açıqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə törədilən vəhşiliklərin gizlədilən rəqəmləri – Dəhşətli statistika Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir: Məktəb avtobusuna hücum – 42 ölü
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'