Ərəbistan zindanında tanınmış din xadimi işgəncə ilə öldürüldü

Ərəbistan zindanında tanınmış din xadimi işgəncə ilə öldürüldü

Səudiyyə Ərəbistanının tanınmış din xadimlərindən olan Şeyx Süleyman Duiş saxlanıldığı həbsxanada şiddətli işgəncələrə məruz qaldığı üçün dünyasını dəyişib.
 
Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanındakı siyasi məhbuslarla bağlı paylaşımlar edən səhifələrdən birinin yazdığına görə, Şeyx Süleyman 2016-cı ilin 22 aprel tarixində həbs edilib.
 
Belə ki, o, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman haqqında sosial şəbəkədə tənqidi yazı yazdıqdan bir gün sonra saxlanılıb. Məlumata görə, ona edilmiş işgəncələr xüsusi amansızlığı ilə seçilib.
 
Qeyd edək ki, Məhəmməd ibn Salman vəliəhd şahzadə elan edildikdən sonra Ərəbistanda minlərlə siyasi və dini xadimlər həbs ediliblər. Onların arasında yüzlərlə şəriət alimləri, ziyalılar, nüfuzlu şeyxlər və Universitet professorları var./Eastnews/

Google+ WhatsApp ok.ru