“Taliban” Əfqanıstan üzrə Moskva görüşündə iştiraka razılıq verib

“Taliban” Əfqanıstan üzrə Moskva görüşündə iştiraka razılıq verib

“Taliban” hərəkatının nümayəndələri Moskvanın Əfqanıstanda vəziyyətin nizamlanmasına həsr olunan görüşdə iştirak etmək barədə təklifini qəbul edib.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, görüş sentyabrın 4-də Rusiya paytaxtında keçirilməlidir.
 
Bundan əvvəl Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirmişdi ki, görüşdə Əfqanıstan, Rusiya və region ölkələrinin nümayəndələri iştirak edəcəklər. Məsləhətləşmələrin sonuncu raundu ötən ilin aprelində keçirilmişdi. Bu vaxta qədər taliblər məsləhətləşmələrdə iştirak etməyiblər, lakin bu dəfə Rusiya onların nümayəndələrini dəvət etməyi qərara alıb.
 

Google+ WhatsApp ok.ru