“ABŞ dollardan dövlətləri cəzalandırmaq üçün istifadə edir” - Lavrov

“ABŞ dollardan dövlətləri cəzalandırmaq üçün istifadə edir” - Lavrov

“ABŞ dollardan işinə yaramayan dövlətləri cəzalandırmaq üçün istifadə edir”.
 
Maide.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
Lavrovun sözlərinə görə, dollar beynəlxalq valyuta sistemi hesab edilir və uzun müddət dünya ictimaiyyəti ümid edirdi ki, ABŞ əsas valyuta ehtiyatları emitenti öhdəliyini yerinə yetirəcək:
 
“Bəs indi dollarla nə baş verir? Vaşinqton istədiyi kimi dollarla manipulyasiya edir”. 
 
Lavrov bildirib ki, ABŞ hazırda kimisə cəzalandırmaq istədikdə dolları təzyiq vasitəsi kimi istifadə edir. 

Google+ WhatsApp ok.ru