“ABŞ öz mənfəəti üçün regionda daxili müharibələr törədir” - Ayətullah Xamenei - FOTO

“ABŞ öz mənfəəti üçün regionda daxili müharibələr törədir” - Ayətullah Xamenei - FOTO

“ABŞ-ın başında durduğu qüvvələrin maraqlarındakı əsas məsələlər daxili müharibələr, terrorizm fəaliyyətləri və regional çaxnaşmalardır. Çox təəssüf ki, regiondakı bəzi ölkələr də onlara bu məsələlərdə dəstək verirlər”.

Maide.az “leader.ir” saytına  istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei  bu gün Silahlı Qüvvələrinin Dəniz Qüvvələrinin İmam Xomeyni (rə) adına Hərbi Universiteti tərəfindən keçirilən məzuniyyət tədbirində çıxışında deyib.

Başda Qərbi Asiya olmaqla dünyanın müxtəlif yerlərindəki problemli bölgələr haqqında danışan Ayətullah Xamenei bildirib ki, ABŞ-la sionist İsrail rejiminin məqsədi bölgədə İslamın inkişafını və yüksəlişini əngəlləməkdir.

“İslam dininin əsas mesajının əzilənləri müdafiə etmək olduğunu bildikləri üçün İslama söykənən bir hakimiyyətin olmasından qorxurlar. Zülmkar güclər xalqları qorxutmaq üçün əzələ nümayişi və sözdə  təhdid kimi vasitələrdən istifadə edirlər.

Əgər xalqlar bu “təhdidlərdən” qorxmasalar , haqq və ədalət yolunda öz güclərinə inansalar və müqavimət göstərsələr hegemon gücləri  geri oturmağa və məğlubiyyətə məcbur edəcəklər. Necə ki, dünyanın bir çox siyasi analitiklər və düşüncəli şəxsiyyətlərinin də ifadə etdiyi kimi İslam Respublikası Allahın yardımı ilə ABŞ qarşısında  durmaqla bunu sübut edib. Bu Allahın verdiyi - Əgər siz Allahı yardım etsəniz, Allah da sizə yardım edər - vədinin doğruluğunu bir daha təsdiq edir.”

 

 

Google+ WhatsApp ok.ru