İƏT-in Təmas qrupu Ermənistanın Azərbaycana təcavüzünü müzakirə edəcək

İƏT-in Təmas qrupu Ermənistanın Azərbaycana təcavüzünü müzakirə edəcək

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Təmas qrupu Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.
 
Maide.Az "Trend"-ə istinadla bildirir ki, bu  barədə İƏT-in “Twitter” səhifəsində deyilir.
 
Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı təmas qrupunun yaratmaq qərarını verib. Təmas qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Qrupun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib.
 

Google+ WhatsApp ok.ru