“Kərbəla beynəlxalq fotomüsabiqəsi” keçiriləcək

“Kərbəla beynəlxalq fotomüsabiqəsi” keçiriləcək

-- Aşura və Ərbəin mərasimlərini əks etdirən fotolar təqdim edilib

İraq Fotoqraflar Birliyinin təşkilatçılığı və İmam Hüseynin (ə) müqəddəs hərəminin idarə heyətinin dəstəyi ilə  ilk “Kərbəla beynəlxalq foto müsabiqəsi” keçiriləcək. 
 
Maide.Az  “imamhussain.org" saytına isitnadən xəbər verir bu barədə hərəmin mətbuat şöbəbəsi məlumat yayıb. 
 
Məlumatda qeyd olunur ki,  bu günə qədər müsabiqəyə dünyanın müxtəlif ölkələrindən 600 fotoqrafın  3900 fotosu təqdim olunub. 
 
Fotoların mövzusu  İmam Hüseyin (ə) hərəkatının dəyərləri olan Aşura və Ərbəin  mərasimlərini əhatə edir.  
 
Qeyd edək ki, İran, Misir, Oman və Səudiyyə Ərəbistandan olan hakimlər heyətinin nəzarəti ilə təşkil olunacaq fotomüsabiqənin əsas məqsədi İmam Hüseyn (ə) qiyamının dəyərlərini  foto vasitəsilə dünyaya çatdırmaqdır. 
 
Məhərrəm ayının sonunda təşkil olunacağı nəzərdə tutulan müsabiqənin qaliblərinə pul mükafatı və qiymətli hədiyyələr veriləcək. 

Google+ WhatsApp ok.ru