Əhli-Sünnə incəsənət nümayəndələrinin Aşura sərgisi - Foto

Əhli-Sünnə incəsənət nümayəndələrinin Aşura sərgisi - Foto

Almaniyanın incəsənət və mədəniyyət paytaxtı sayılan Vaymar şəhərində "Eşqin Şəhidi" sərgisi keçirilir.
 
İmam Hüseynin (ə) inqilabi hərəkatı və Aşura qiyamını canlandıran sərgi Əhli-Sünnə incəsənətçiləri tərəfindən keçən həftədən Vaymarda keçirilən "millətlərin mədəniyyət həftəsi" çərçivəsində təşkil edilmişdir.
 
Maide.Az  "İQNA"ya istinadən məlumat verir ki, Hər il Vaymar şəhərində keçirilən "millətlərin mədəniyyət həftəsi"nin hədəfi millətlər, mədəniyyətlər və dinlər arasında din, mədəniyyət və incəsənət sahəsində yaxın münasibətlər yaratmaqdır. Elə buna görə də, İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Mərkəzi "Weimar Atrium" ticarət mərkəzində Aşura sərgisi qurmuşdur.
 
Bu sərgidəki incəsənət əsərləri Əhli-Sünnə məzhəbinin Hənəfi qolunun ustaları tərəfindən yaradılmışdır. Əsərlərdə İmam Hüseynin (ə) qiyamı Orta Asiyanın (Mavərənnəhr) miniatür sənət məktəbi formatında göstərilmişdir.
 
Əsərin yaradıcısı Məhəmməd Məhəmməd Canif bu əsəri "Məqtəlul-Hüseyn (ə)" kitabı əsasında 40 miniatür məclis təsvirə çəkmişdir. Bu məclislər Müaviyənin Yezidi xəlifəliyə təklif etməsi məclisi ilə başlayır və əsirlərin Şamdan Mədinəyə qayıtması ilə baş çatır.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru