“Nə qədər ki, sağam,  buna icazə verməyəcəm” – Ayətullah Xamenei

“Nə qədər ki, sağam, buna icazə verməyəcəm” – Ayətullah Xamenei

Sanksiyaların uğursuzluğu ilə ABŞ bir daha İran xalqından şillə zərbəsi alacaq. Düşmən bizim vəhdətimizi, ciddi iradəmizi və gücümüzü hiss edərsə, geri oturacaq"

Bu gün gənclərimiz ölkənin bütün problemlərinin həlli üçün fikir sahibidir və bu problemlərin həllini özlərinə vəzifə bilirlər.  
 
Maide.Az “MEHR” xəbər saytına istinadla xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün Tehranın Azadi stadionunda on minlərlə könüllü qarşısında etdiyi çıxışında deyib. 
 
Ayətullah Xamenei deyib ki, bu gün gənclərimiz on minlərlə yerdə cihad edir və fəaliyyət göstərir. “Onlar ölkəmizin gələcəyi üçün böyük sərmayədirlər. Ölkənin yoxsul təbəqəsi yaşayan bölgələrdə yüz minlərlə önəmli iş var ki, bu gün bu cihadçı gənclər onu həyata keçirir. Gənclərin rolu  bizə daha yaxşı gələcəyi müjdələyir”.
 
Ali Rəhbər bildirib ki, bəziləri  gənclərin ölkənin indi və gələcəyindəki roluna diqqət etmir və onları ölkə üçün problem görürlər. Lakin mən tam əksini düşünürəm və gəncləri problemlərin həlli üçün çıxış yolu görürəm. “Önəmli olan budur ki, gənclər  düşünməsinlər ki, qarşımızdakı yol maneəsiz və asfalt olunmuş bir yoldur. Bu yol enişli-yoxuşlu və maneələrlə doludur. Düşmən  qarşımızda tam aktivdir və biz bu maneələrə baxmayaraq, yolumuzu davam etdirməliyik. Birinci addım budur ki, düşmənin olduğunu və iştirakını hiss edək. Bu düşmənçiliyi hiss etməyən riyakar və münafiq ziyalı dövlət və xalq üçün ABŞ qarşısında baş əymək resseptini təqdim edir. O, bu meydanın əri deyil. İnsan düşməninin qarşısında olduğunu bilməsə əlinə hansı silahı alacağını da bilməz. 
 
İkinci addım  özünəgüvən və meydana çıxmaq üçün iradədir. Bəziləri məyus və tənbəldir. Başqalarına da məyus və tənbəl olmağı tövsiyə edirlər. Bu şəxslər cihad meydanında da mücahidləri yolundan azdırır və yardım etmirlər, üstəlik onların yollarını davam etdirməsinə də mane olurlar.
 
Üçüncü addım hücum edilən sahənin tanınmasıdır. Bilməliyik ki, düşmən hansı sahədə hücum edir. Dövlət və xalq düşmənlə müharibə sahəsini düzgün dərk etməlidir".
 
Ayətullah Xamenei qeyd edib ki, ABŞ, İslam və İslam İnqilabından şillə zərbəsi alıb və ürəyində kin saxlayır. “Bir vaxtlar ölkənin sərmayələri onların istəyi ilə yerbəyer olurdu. Ölkənin siyasətləri  onların istəyi ilə proqramlaşdırılırdı. İslam İnqilabı onların əlini ölkədən kəsdi. ABŞ, İslamın və İslam İnqilabının gücündən  qorxur.  İnqilabın istiqlal, elmi inkişaf,  inqilabi düşüncə, müdafiə və raket gücü kimi vasitələrinə qarşıdır. Bu gün müharibə meydanı İslam İranın güclənməsinə səbəb olacaq hər bir şeydir. Son vaxtlar eşitmişəm ki, ABŞ prezidenti  Avropa ölkə rəhbərlərinə deyib ki, 2-3 ay səbr edin, İslam Respublikasının sonu olacaq.  40 il öncə ABŞ-ın ölkə daxilindəki nökərlərinin sözlərini xatırladım. Onlar da bir vaxtlar deyirdiləe ki, 6 ay gözlə, 1 il gözlə İslam Respublikası məhv olacaq. Lakin 40 il keçib və İnqilab ağacı güclü və möhkəm olub”.
 
Ayətullah Xamenei deyib ki, ölkədə iqtisadi problem var,  neftdən asılıyıq, qənaət mədəniyyəti yoxdur, bunlar eybdir, lakin  həqiqi eyb bu deyil, həqiqi eyb dalana dirənməkdir. Allaha şükürlər olsun ki, biz dalana dirənməmişik. “Həqiqi eyb budur ki, ölkə gənci inansın ki, düşmənə pənah gətirməkdən başqa çıxış yolu yoxdur.  Bəziləri çalışır ki, bunu bizim gənclərimizə aşılasın. Düşmən istəyir İran xalqını inandırsın ki, ABŞ qarşısında diz çökməkdən başqa çıxış yolu yoxdur. Ölkə daxilində bəziləri düşmənin sevdiyi və istədiyi bu düşüncəni yaymaq istəyirlər. Bu xəyanətdir. Bu ölkəyə və xalqa edilən ən böyük xəyanətdir. Mən Allahın yardımı və sizin dəstəyinizlə nə qədər ki, sağam, buna icazə verməyəcəm”. 
 
Ayətullah Xamenei qeyd edib ki, iqtisadi sanksiya bizim milli iqtisadiyyatımız qarşısında məğlub ola bilər. "Allahın yardımı ilə sanksiyaları uğursuz edəcəyik ki, bu da  ABŞ-ın  uğursuzluğudur. Sanksiyaların uğursuzluğu ilə ABŞ bir daha  İran xalqından şillə zərbəsi alacaq. Düşmən bizim vəhdətimizi, ciddi iradəmizi və gücümüzü hiss edərsə, geri oturacaq. Lakin əgər zəiflik və ixtilaf görərsə, təzyiqlərini daha da artıracaq".
  
 
Ayətullah Xamenei deyib ki, bu gün düşmən KİV-lərdən ictimai fikrə təsir göstərmək üçün istifadə edir. “KİV önəmli bir vasitədir və düşmənin əlində olarsa, təhlükəli bir vasitə olur.  KİV-i hərbi müharibədə kimyəvi silaha oxşadırlar. Müharibədə kimyəvi silah istifadə olunan zaman tank və texnologiya  məhv olmur, insanlar məhv olur və vasitələrdən istifadə imkanını itirir. Kütləvi informasiya vasitələri də belədir. Bu gün televiziya, internet və sosial şəbəkələrdən ictimai rəyi dəyişmək üçün istifadə edirlər.  Bu sahədə məsul olan şəxslər buna diqqət etməldir. Biz müxtəlif görüşlərdə təkidlə vurğulamışıq ki, bu vasitələrdən düşmənin xalqa qarşı kimyəvi silah kimi istifadəsinə imkan verilməsin. Öz vəzifələrini ciddi şəkildə yerinə yetirsinlər”.

Google+ WhatsApp ok.ru