Ərbəin zəvvarları üçün internet təmin olunacaq: Nəcəf - Kərbəla yolunda

Ərbəin zəvvarları üçün internet təmin olunacaq: Nəcəf - Kərbəla yolunda

Nəcəfdən Kərbəlaya gedən yolda Ərbəin zəvvarları üçün  internet təmin olunacaq. 
 
Maide.Az  İRNA-a istinadla xəbər verir ki, bunu İraqın  Rabitə Nazirliyi bəyanat yayaraq elan edib. 
 
Nazirliyin bəyanatında bildirilir ki,  İraq Milli Rabitə şirkəti Babil və Kərbəla şəhərlərinin  rabitə xidmət işçiləri ilə birgə ekspertlər qrupu yaradıb və  Nəcəfdən Kərbəlaya gedən yolda internetin təmin olunması üçün lazimi işlərin görülməsinə start verib. 
 
Qeyd olunub ki,  Ərbəin zəvvarları üçün Nəcəf-Kərbəla  yolunda beynəlxalq zənglər  üçün də xüsusi mərkəzlər fəaliyyət göstərəcək.  
 
Rəsmi məlumatlara görə, ötən il  Ərbəin ziyarətində 13.5 milyon nəfərdən çox zəvvar (qeyri rəsmi 20 milyon) iştirak edib. 
 

Google+ WhatsApp ok.ru