Ərbəin zəvvarlarının daşınması üçün İran İraqa 500 avtobus göndərir 17 Oktyabr 2018 13:27 Dünya Ərbəin zəvvarlarının İraq ərazisində daşınması üçün İran bu ölkəyə 500 ədəd avtobus ezam edəcək. Maide.Az “ABNA”-a istinadla xəbər verir ki, bunu Tehranın Avtobusların İdarəetmə Şirkətinin baş direktoru Peyman Sənəndəci deyib. O qeyd edib ki, Tehran, Kərəc və Məşhəd bələdiyyəsinin əməkdaşlığı ilə cari ildə Ərbəin zəvvarlarına İraq ərazisində Mehrandan – Nəcəfə avtobuslarımız xidmət göstərəck. “Mehran- Nəcəf istiqamətində İran şirkətlərindən birinin yük maşınları da zəvvarların daşınmasına cəlb olunub”. P. Sənəndəcinin sözlərinə görə, zəvvarlara xidmət göstərən avtobuslar güzəştli qiymətlərlə çalışacaq. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir. Teqlər : #Ərbəin,#zəvvarlarının,#daşınması,#üçün,#İran,#İraqa,#500,#avtobus,#göndərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsəlmanlar və xristiyanların birgə Ərbəin toplantısı “Ərbəin” zamanı bütün növ pilotsuz aparatların uçuşu qadağan edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO