“Ərbəin” zamanı bütün növ pilotsuz aparatların  uçuşu qadağan edilib

“Ərbəin” zamanı bütün növ pilotsuz aparatların uçuşu qadağan edilib

Kərbəla şəhərində şənbə günündən etibarən “Ərbəin” bitənə kimi tətil olacaq

İmam Hüseynin (ə) “Ərbəin”  mərasiminin təhlükəsizliyini təmin etmək  üçün İraq hökuməti tərəfindən xüsusi plan hazırlanıb. 
 
Maide.Az “alforatnews”-a istinadla xəbər verir ki,  bu haqda Kərbəla Əyalət Şurasının bəyanat yayıb. 
 
Xüsusi təhlükəsizlik planında əsasən zəvvarların  sağlamlıq məsələləri, ötən illərdə  baş verən səhvlər və boşluqların aradan qaldırılması yer alır. 
Plana uyğun olaraq Kərbəla  əyalətində  “Ərbəin” mərasimi zamanı bütün növ pilotsuz aparatların  uçuşu qadağan edilib.  Zərurət yarandığı təqdirdə isəyalnız “Fərat Əməliyyatı Komandanlığı”nın xüsusi icazəsi olmalıdır.  
 
Şura həmçinin  Kərbəla şəhərində şənbə günündən etibarən “Ərbəin” bitənə kimi tətil elan edib. 
 
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi – “Ərbəin” münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. 
 
Bu il “Ərbəin” miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.
 
Maide.az

Google+ WhatsApp ok.ru