Əlimizdə faktlar var: ABŞ İŞİD-i bu ölkəyə yerləşdirir

Əlimizdə faktlar var: ABŞ İŞİD-i bu ölkəyə yerləşdirir

Rusiya ABŞ-dan İŞİD döyüşçülərinin Suriyadan İraq və Əfqanıstana daşınması məsələsinə aydınlıq gətirilməsini tələb edib.
 
Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
 
“Biz amerikalıların İŞİD-çiləri Suriyadan İraq və Əfqanıstana daşımasıyla bağlı faktlara sahibik. Bu, narahatverici faktlardır və buna görə də amerikalılardan bunlara aydınlıq gətirilməsini istəmişik. Bu bizi həm də bəzi analitiklərin İŞİD-in Əfqanıstanı yeni plasdarma çevirmək istəməsiylə bağlı iddialarına görə narahat edir”, – deyə o bildirib.
 
Onun sözlərinə görə, İŞİD daha çox Əfqanıstanın şimalında yerləşir:
 
“Onlar Mərkəzi Asiyaya, yəni bizim müttəfiqlərimizə və strateji tərəfdaşlarımıza yaxın ərazidə yerləşirlər. Bu, ciddi məsələdir və biz çalışacağıq ki, məsələyə tam aydınlıq gətirək”.
 

Google+ WhatsApp ok.ru