Ərbəin zəvvarları üçün Azərbaycan şəhidlərinin adına düşərgə quruldu – FOTO

Ərbəin zəvvarları üçün Azərbaycan şəhidlərinin adına düşərgə quruldu – FOTO

İmam Hüseynin (ə) Ərbəin zəvvarları üçün İran ərazisində 2 yerdə Azərbaycan şəhidlərinin  adına  istirahət düşərgələri qurulub. 
 
Maide.Az xəbər verir ki, Bicar şəhəri İmam Hüseyn (ə) məscidinin qarşısında  Qarabağ şəhidimiz Allahverdi Bağırovun, Həmədan şəhərinin girişi  Pəyame Nur Universitetinin qarşısında isə  aprel şəhidimiz Emin Bağırovun adını daşıyan istirahət düşərgələri  zəvvarların xidmətinə verilib. 
 
Bu düşərgələrdə Ərbəin ziyarətçilərinin  rahatlığı üçün  yatacaq, pulsuz yemək, tibbi xidmətlər və internet sistemi hazırlanıb.  
 
Xüsusi ilə Azərbaycanlı zəvvarların  həmin düşərgədə istirahət etməsi üçün  əvvəlcədən  elanlar verilib. 
 
Qeyd edək ki,  şəhidlərimizin adını daşıyan düşərgələrin yaradılmasında  əsas məqsəd Ərbəin zəvvarlarına xidmətlə yanaşı Azərbaycanın işğal altında olan ərazilərinin tanıdılması , eyni zamanda şəhidlərimizin ruhuna  hörmət əlamətidir. 
 
Qeyd: Zəvvar aparan karvan rəhbərlərindən xahiş olunur ki,  daha yaxşı xidmət göstərilməsi üçün əvvəlcədən  aşağıdakı əlaqə nömrələrindən istifadə etsinlər. 
 
Bicar düşərgəsi üçün: +989142060816 (Kumeyl Baqiri)
                                   +989184165716  (Əli Şəfifullah)
 
Həmədan düşərgəsi üçün: +989305435085 (Rza)
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru