Ət bahalaşa bilər?

Ət bahalaşa bilər?

"Cebhe.info"da "Ət bazarına bahalaşma dalğası: Sayılı zaman qaldı" məqalə diqqət çəkir.
 
Müəllif deyir ki, son vaxtlar heyvan satışı bazarında qiymətlərin bahalaşdığını bildirir və ətin də bahalaşa bilməsi ehtimalını iqtisadçı-ekspert Akif Nəsirli ilə müzakirə edir.
 
Müəllif deyir ki, Tovuzdakı heyvan bazarında iribuynuzlu heyvanların qiymətində 100, xırdabuynuzlularda isə 30-50 manat artım müşahidə olunub, Bərdə heyvan bazarında 150 kiloqramlıq heyvanlar 1600-1700 manata satılıb..
 
Müəllifin deməsinə görə, heyvan bazarlarında ətlik heyvanlara tələbat müqayisədə daha çox olub.
 
Müəllif Bakıdakı qəssablara istinadən bildirir ki, əvvəllər 1000 manata aldıqları heyvanı indi 1300 manatdan alırlar.
 
İqtisadçı ekspert Akif Nəsirli isə deyir ki, bu son illər kənd təsərrüfatı sektorunda heyvandarlığın inkişafının sıxışdırılmasına bağlı prosesdir.
 
"Əslində Azərbaycanın təbiəti kənd təsərrüfatının heyvandarlıq istiqaməti üçün daha səmərəlidir. Buna baxmayaraq, hökumət pambıqçılığın inkişafına daha çox dəstək verir.Hətta bir çox ərazilərdə fermalar sökülərək, ərazilər pambıq əkini üçün verilir. Heyvanların qiymətindəki artım bu amillə bağlıdır".
 
Akif Nəsirli hesab edir ki, bahalaşmanın davamı olacaq:"Yay mövsümü yeni başa çatıb. Hələ bostan, tərəvəz məhsulları bazardan tam olaraq yığışdırılmayıb. İnsanların ətə tələbatı son bir-iki ayda artıb.Qarşıdakı aylarda may-iyuna qədər ətə tələbat yüksək olacaq.Təklif isə məhduddur.Ona görə də hesab edirəm ki, qarşıdakı aylarda da heyvanın, həmçinin ətin qiyməti bahalaşacaq".
 
Ekspert hesab edir ki, ət tələbatını ödəyə bilmək üçün üstəlik idaxala da üstünlük veriləcək və idxal dövriyyəsi artacaq.
 
Ekspertə görə, bu durumdan çıxış yolu heyvandarlığın inkişafını stimullaşdırmaqdan keçir."Heyvandarlığın inkişafı stimullaşdırılarsa, nəinki Azərbaycanın daxili tələbatını ödəyər, hətta ixrac potensialı da yarana bilər.
 
Azərbaycanda yetişən yerli cinslər keyfiyyətinə görə dünyada brend yaratmaq imkanlarına malikdir.Hesab edirəm ki, Azərbaycandan ət ixrac olunarsa, bu Avropada ən azı 30-40 avroya təklif oluna bilər".

Google+ WhatsApp ok.ru