“Bakı” məscidi Rusiyanın qədim məbədlərindən biri

“Bakı” məscidi Rusiyanın qədim məbədlərindən biri

Həştərxandakı “Bakinskaya” küçəsində yerləşən “Bakı” məscidi Rusiyanın bu şəhərinin qədim məbədlərindən biridir.
 
Məscidin binası 1909-cu ildə Kriuşi tatar məhəlləsində tikilib və elə məhəllənin adına uyğun olaraq da “Kriuşi” adlandırılıb. Sovet hakimiyyəti illərində məscidin minarəsi dağıdılıb, binadan anbar, sonralar isə mədəniyyət evi kimi istifadə olunub.
 
Məscidin sovet hakimiyyəti dağılandan sonra, 1997-ci ildə yerli Azərbaycan icmasının ianəsi hesabına bərpa edilib. Bundan sonra məbəd “Bakı” məscidi adlandırılıb.
 
Həştərxanda çoxlu sayda azərbaycanlı yaşayır. Ancaq “Bakı” məscidinə təkcə azərbaycanlılar deyil, bütün millətlərdən olan müsəlmanlar gəlir. Burada məhərrəmlik ayı mərasimləri, Qurban və Ramazan bayramları ilə bağlı tədbirlər keçirilir. 
 
“Bakı” məscidinin Həştərxanda şiə məzhəbinə aid fəaliyyət göstərən yeganə məsciddir. 1860-cı ildə Həştərxanın fars icmasının vəsaiti hesabına tikilmiş Fars məscidi hazırda fəaliyyət göstərmir. Sovet hakimiyyəti illərində tikiş fabrikinin yerləşdiyi məscid binası tamamilə yarasız vəziyyətdədir.
 
Həştərxanda ümumilikdə 15-ə yaxın məscid fəaliyyət göstərir. Onların əksəriyyəti XVII–XIX əsrlərdə tikilib. /azərtac /
 
 

Google+ WhatsApp ok.ru